Avropa Yaradıcı Təsir Araşdırma Mərkəzi (CIRCE) gənc tədqiqatçılar, praktikantlar, sənətkarlar, tələbələr və sahibkarlara inkişaf üçün maliyyə imkanları təqdim edir. Aşağıdakı iki proqram cəmiyyətin ən aktual problemlərinin həlli üçün yaradıcı və innovativ yanaşmaları dəstəkləyir.
Təqaüd proqramı ilə CIRCE geniş səslər və perspektivlər vasitəsilə kreativ iqtisadiyyatların innovativ gücünü vurğulamaq, sorğulamaq və yenidən formalaşdırmaq üçün Avropanın hər yerindən gənc tədqiqatçıları və yaradıcı insanları bir araya gətirmək istəyir. Mədəni və yaradıcı iqtisadiyyatların potensialına əsaslanaraq, proqram iştirakçıları dövrümüzün problemləri ilə məşğul olmaq üçün yeni yollar və yaradıcı həllər araşdırır və sınaqdan keçirirlər.
Altı ay müddətinə toplam 40 təqaüd veriləcək. Təqaüd alanlar aylıq 3,800 avro məbləğində qrant, həmçinin CIRCE-dən mentor dəstəyi də alırlar.
Proqram haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Yaradıcı Təsir Fondu (Creative Impact Fund)
Yaradıcı Təsir Fondu ilə CIRCE indiki və gələcək zamanın əsas problemlərinə və çağırışlarına münasibətdə innovativ həllər üzərində işləyən layihə ideyalarının həyata keçirilməsini və ya daha da inkişaf etdirilməsini dəstəkləyir.
Ümumilikdə, Fond 13 sahibkarlıq innovasiya layihəsini, o cümlədən həll yanaşmaları yerlərdə sınaqdan keçirilmiş və növbəti inkişaf mərhələsinə hazır olan beş layihəni (hər biri maks. 200.000 avro) və konseptual baza yaradılmasını hədəfləyən səkkiz layihə ideyasını maliyyələşdirəcək. (hər biri maksimum 50.000 avro).
CIRCE saytında maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Əlaqə:
Creative Impact Research Centre Europe (CIRCE)
u-institut GmbH & Co. KG
Jägerstraße 65
10117 Berlin
E-mail: info@creativeimpact.eu