Tarix

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmişdir. Federasiya həmçinin BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Kreativ İqtisadiyyat şəbəkəsi platformasına, eləcə də Avropa Yaradıcı Biznes Şəbəkəsinə (ECBN) üzvlüyə qəbul edilmişdir. 

Təsis olunma tarixi: 21 sentyabr 2021-ci il
Qeydiyyat tarixi: 15 oktyabr 2021-ci il