Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Almaniyanın Höte İnstitutu ilə tərəfdaşlıqda Azərbaycan Yaradıcı Sənayelər Federasiyası tərəfindən icra olunan “Lənkəran Mədəni İnkişaf Strategiyası” layihəsi çərçivəsində aşağıdakı pozisiyalar üzrə vakansiya elan edilir:
- Layihə meneceri
- Layihə əlaqələndiricisi
- Kontent meneceri
- SMM mütəxəssisi
- Layihə assistenti (maliyyə-mühasibatlıq, inzibati-texniki dəstək)
Layihənin missiyası Lənkəranın özünəməxsus insani, təbii və mədəni sərvətlərini və xüsusiyyətlərini bütün vətəndaşların rifahı üçün təbliğ etmək, qorumaq və təkmilləşdirməkdir.
Layihənin məqsədi Lənkəran üçün “dayanıqlı regional inkişafın mühərriki kimi mədəniyyət və yaradıcı sənayelərin inkişafını” təmin etməkdir.
Gözənilən layihə müddəti: 19 ay (aprel 2023 – oktyabr 2024).
1. LAYİHƏ MENECERİ
Layihə Rəhbərinin ümumi rəhbərliyi altında Layihə Meneceri layihə komandasının işinə rəhbərlik edəcək və layihə fəaliyyətlərinin həyata keçirilməsinə menecment nəzarətini təmin etmək, digər komanda üzvlərinin və müvəqqəti xidmət təminatçılarının, məs.: tədqiqatçılar və təlimçilər, könüllülər və layihənin icrasına cəlb olunacaq digər şəxslərin işinə nəzarət məqsədilə gündəlik olaraq işləyəcək.
Lənkəran Mədəni İnkişaf Strategiyası layihəsinin nəticələrinə nail olunmasını təmin edəcək və zəruri hallarda alternativ və/yaxud tamamlayıcı layihə fəaliyyətləri və/və ya nəticələr təklif edə biləcək layihə menecerinin yerli sakin olmasına üstünlük veriləcək. Həmçinin, o, layihə fəaliyyətlərinin, tədbirlərin təşkili və həyata keçirilməsində, zəruri sənədlərin və dövri hesabatların hazırlanmasında, o cümlədən layihə hesabatlarının yekun variantlarının hazırlanmasında fəal iştirak edəcək.
Müddət: ilkin 1 aylıq sınaq müddəti ilə, layihənin sonuna qədər (31 oktyabr 2024-cü il).
İş yeri: Lənkəran şəhəri.
İşə başlamaq üçün gözlənilən tarix: 1 aprel 2023.
Namizədlər layihə üzrə tam ştat işləməyə və layihənin ən yaxşı şəkildə icra edilməsi üçün əlindən gələnləri etməyə hazır olmalıdırlar.
Tələblər:
- Danışıq və yazılı İngilis dili (C1 və ya C2 səviyyəsi) və Azərbaycan dili – ana dilini mükəmməl bilmək
- Biznesin idarə edilməsi, iqtisadiyyat, sosial elmlər sahələrindən biri üzrə ali təhsil.
- Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr daxil olmaqla, layihə idarə edilməsində əvvəlki iş təcrübəsi
- Əla təşkilatçılıq, analitik və hesabat vermə bacarıqları
- Effektiv iş əlaqələri qurmaq və saxlamaq bacarığı
- Kompüter və ofis proqram paketlərindən təkmil istifadə (MS Word, Excel, Power point, Teams, Skype və s.)
- Azərbaycanda regional mədəni inkişafa təsir göstərən müvafiq hökumət siyasəti, qanunları, xarici yardım və əməliyyat strukturları haqqında biliklər
- Tədbirlərin təşkili və idarə edilməsi xidmətləri, məzmun yaradıcılığı və sosial media idarəçiliyində əvvəlki iş təcrübəsi
- Dövlət siyasəti və idarəçiliyi üzrə biliklər və xüsusilə Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərlə tanış olmaq
- Təzyiq altında sərbəst işləmək və prioritetləşdirməyi bacarmaq
Əlavə tələblər, üstünlük kimi:
- Sürücülük təcrübəsi və müvafiq şəhadətnamə
- Regional layihələrdə əvvəlki iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Təsdiq edilmiş büdcə, fəaliyyət planı, loqfreym sənədinə və donor tələblərinə görə layihənin idarə edilməsi
- Layihə üzrə təmsilçilik, o cümlədən layihənin donoru və tərəfdaşları ilə layihə üzrə işçi münasibətlərin tənzimlənməsi
- Layihə üçün zəruri işçi qüvvəsi, vasitələrin cəlb edilməsi
- Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi
- Layihənin gedişatı və xərclərlə ilə bağlı dövri hesabatların yekun versiyalarının hazırlanmasının təmin edilməsi
- Layihə sənədləri, hesabatlarının tərtib edilməsinə nəzarət
- Layihə fəaliyyətləri və tədbirlərinin (festivallar, təlimlər, səfərlər, müsabiqələr, məzmun yaradıcılığı və s.) ümümi menecmentini həyata keçirmək
- Layihənin əsas büdcə mühasibat qeydlərinin (layihə jurnalı, xərclər cədvəli, maliyyə hesabatlarının) aparılması və uyğunlaşdırılmasına, maliyyə sənədlərinin arxivləşdirilməsinə (qaimə-fakturalar və s.) nəzarət
- Zəruri satınalma proseslərinin aparılmasına nəzarət
- Layihə tərəfdaşları ilə görüşlərin təşkili və həlli vacib məsələlərin qaydasına qoyulması, müvafiq sənədləşmə işlərinin aparılmasına nəzarət
- Layihə rəhbərliyinin verdiyi digər müvafiq tapşırıqları vaxtında yerinə yetirmək.
2. LAYİHƏ ƏLAQƏLƏNDİRİCİSİ
Layihə rəhbərinin ümumi rəhbərliyi altında Layihə menecerinin təlimatlarına uyğun olaraq layihə komandasının işinin koordinasiyasını həyata keçirəcək və layihə fəaliyyətlərinin həyata keçirilməsinə əlaqələndirmə dəstəyini təmin etmək, digər komanda üzvlərinin və müvəqqəti xidmət təminatçılarının, məs.: tədqiqatçılar və təlimçilər, könüllülər və layihənin icrasına cəlb olunacaq digər şəxslərin işinə əlaqələndirmə dəstəyini təmin etmək məqsədilə gündəlik olaraq işləyəcək.
Lənkəran Mədəni İnkişaf Strategiyası layihəsinin nəticələrinə nail olunmasına əlaqələndirici dəstəyi təmin edəcək və zəruri hallarda alternativ və/yaxud tamamlayıcı layihə fəaliyyətləri və/və ya nəticələr təklif edə biləcək layihə əlaqələndiricisinin yerli sakin olmasına üstünlük veriləcək. Həmçinin, o, layihə fəaliyyətlərinin, tədbirlərin təşkili və həyata keçirilməsində, zəruri sənədlərin və dövri hesabatların hazırlanmasında, o cümlədən layihə hesabatlarının ilkin variantlarının hazırlanmasında fəal iştirak edəcək.
Müddət: ilkin 1 aylıq sınaq müddəti ilə, layihənin sonuna qədər (31 oktyabr 2024-cü il).
İş yeri: Lənkəran şəhəri.
İşə başlamaq üçün gözlənilən tarix: 1 aprel 2023.
Namizədlər layihə üzrə tam ştat işləməyə və layihənin ən yaxşı şəkildə icra edilməsi üçün əlindən gələnləri etməyə hazır olmalıdırlar.
Tələblər:
- Danışıq və yazılı İngilis dili (C1 və ya C2 səviyyəsi) və Azərbaycan dili – ana dilini mükəmməl bilmək
- Biznesin idarə edilməsi, iqtisadiyyat, sosial elmlər sahələrindən biri üzrə ali təhsil
- Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr də daxil olmaqla, layihələrin idarə edilməsində əvvəlki iş təcrübəsi
- Yaxşı təşkilatçılıq, analitik və hesabat vermə bacarıqları
- Effektiv iş əlaqələri qurmaq və saxlamaq bacarığı
- Kompüter və ofis proqram paketlərindən təkmil istifadə (MS Word, Excel, Power point, MS Teams, Skype və s.)
- Təzyiq altında sərbəst işləmək və prioritetləşdirməyi bacarmaq.
Əlavə tələblər, üstünlük kimi:
- Tədbirlərin təşkili və idarə edilməsi xidmətləri, məzmun yaradıcılığı və sosial media idarəçiliyində əvvəlki iş təcrübəsi
- Azərbaycanda regional mədəni inkişafa təsir göstərən müvafiq hökumət siyasəti, qanunları, xarici yardım və əməliyyat strukturları haqqında biliklər
- Dövlət siyasəti və idarəçiliyi üzrə biliklər və xüsusilə Azərbaycanda Mədəniyyət və Yaradıcı Sənayelərlə tanış olmaq
- Sürücülük təcrübəsi və müvafiq şəhadətnamə
- Regional layihələrdə əvvəlki iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Təsdiq edilmiş büdcə, fəaliyyət planı, loqfreym sənədinə və donor tələblərinə görə layihə fəaliyyətlərinin icrasının əlaqələndirilməsi
- Layihə üzrə yerdə təmsilçilik, o cümlədən layihənin donoru və tərəfdaşları ilə layihə üzrə işçi münasibətlərin tənzimlənməsində əlaqələndirmə dəstəyinin təmin edilməsi
- Layihə üçün zəruri işçi qüvvəsi, vasitələrin cəlb edilməsində dəstək göstərilməsi
- Layihə komandasının fəaliyyətinə əlaqələndirici dəstəyin təmin edilməsi
- Layihənin gedişatı və xərclərlə ilə bağlı dövri hesabatların ilkin versiyalarının hazırlanmasının təmin edilməsi
- Layihə sənədləri, hesabatlarının tərtib edilməsinə birbaşa iştirak etmək
- Layihə fəaliyyətləri və tədbirlərinin (festivallar, təlimlər, səfərlər, müsabiqələr, məzmun yaradıcılığı və s.) icrasını təmin etmək
- Layihənin əsas büdcə mühasibat qeydlərinin (layihə jurnalı, xərclər cədvəli, maliyyə hesabatlarının) aparılması və uyğunlaşdırılmasına, maliyyə sənədlərinin arxivləşdirilməsinə (qaimə-fakturalar və s.) əlaqələndirici dəstəyin göstərilməsi
- Zəruri satınalma proseslərinin aparılmasına əlaqələndirici dəstəyin göstərilməsi
- Layihə tərəfdaşları ilə görüşlərin təşkili və həlli vacib məsələlərin qaydasına qoyulması, müvafiq sənədləşmə işlərinin aparılmasında birbaşa iştirak
- Layihə rəhbərliyinin verdiyi digər müvafiq tapşırıqları vaxtında yerinə yetirmək.
3. KONTENT MENECERİ
Layihə rəhbərinin ümumi rəhbərliyi altında Layihə menecerinin və əlaqələndiricisinin təlimatlarına uyğun olaraq layihənin əsas veb məhsulu olacaq “Kreativ Lənkəran” platformasının qurulmasını və onun gündəlik işini həyata keçirəcək, həmçinin layihə əlaqələndiricisi və SMM mütəxəssisi ilə birgə yerdə layihə fəaliyyətlərinə dəstəyi təmin etmək məqsədilə gündəlik olaraq işləyəcək.
Lənkəran Mədəni İnkişaf Strategiyası layihəsinin nəticələrinə nail olunmasına məzmun yaradıcılığı kontekstində vacib məlumatları və dəstəyi verərək müvafiq dəstəyi təmin edəcək kontent menecerinin yerli sakin olmasına üstünlük veriləcək. Həmçinin, o, layihə fəaliyyətlərinin, tədbirlərin təşkili və həyata keçirilməsində, zəruri sənədlərin və dövri hesabatların hazırlanmasında, o cümlədən layihə hesabatlarının ilkin variantlarının hazırlanmasında fəal iştirak edəcək.
Müddət: ilkin 1 aylıq sınaq müddəti ilə, layihənin sonuna qədər (31 avqust 2024).
İş yeri: Lənkəran şəhəri.
İşə başlamaq üçün gözlənilən tarix: 1 aprel 2023.
Namizədlər layihə üzrə tam ştat işləməyə və layihənin ən yaxşı şəkildə icra edilməsi üçün əlindən gələnləri etməyə hazır olmalıdırlar.
Tələblər:
- Danışıq və yazılı İngilis dili (C1 və ya C2 səviyyəsi) və Azərbaycan dili – ana dilini mükəmməl bilmək
- Jurnalistika, filologiya, linqvistika, sosial elmlər sahələrindən biri üzrə ali təhsil
- Məzmun yaradıcılığı, araşdırma aparmaq, layihələr hazırlamaq, tədbirlər təşkil etmək və sosial media marketinqi işi sahəsində təcrübə
- Yaxşı təşkilatçılıq, tərcümə, analitik və hesabat vermə bacarıqları
- Effektiv iş əlaqələri qurmaq və saxlamaq bacarığı
- Kompüter və ofis proqram paketlərindən təkmil istifadə (MS Word, Excel, Power point, MS Teams, Skype və s.)
- Təzyiq altında sərbəst işləmək və prioritetləşdirməyi bacarmaq.
Əlavə tələblər, üstünlük kimi:
- Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr də daxil olmaqla, layihələrin idarə edilməsində əvvəlki iş təcrübəsi
- Tədbirlərin təşkili və idarə edilməsi xidmətlərində əvvəlki iş təcrübəsi
- Dövlət siyasəti və idarəçiliyi üzrə biliklər və xüsusilə Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərlə tanış olmaq
- Sürücülük təcrübəsi və müvafiq şəhadətnamə
- Regional layihələrdə əvvəlki iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Layihənin əsas veb məhsulu – “Kreativ Lənkəran” platformasının qurulmasını, müvafiq məzmun yaradıcılığı (xəbərlər, məqalələr, araşdırmalar və s.) və platformanın sosial media hesablarında sosial media marketinqi fəaliyyətlərinin icrasına nəzarəti təmin etmək
- Sosial media marketinqi mütəxəssisi ilə platforma üzərində məzmun yaradıcılığı və sosial paylaşımların planlaşdırılması, idarə olunmasını təmin etmək
- Platforma çərçivəsində yerli yaradıcı mühitin canlı saxlanılması məqsədilə müxtəlif tədbirlər, müsabiqələr, görüşləri təşkil etmək, bu istiqamətdə təkliflər vermək
- Sosial şəbəkələrdə yaradıcı insanlar üçün müxtəlif maraqlı aksiyalar, rubrikalar və viktorinaları yaratmaq və idarə etmək
- Layihənin gedişatı və xərclərlə ilə bağlı dövri hesabatların ilkin versiyalarının hazırlanmasında iştirak etmək və müvafiq məlumatları hazırlayıb təqdim etmək
- Layihə fəaliyyətləri və tədbirlərinin (festivallar, təlimlər, səfərlər, müsabiqələr, məzmun yaradıcılığı və s.) icrasında layihə komandasına zəruri dəstəyi göstərmək
- Layihə tərəfdaşları ilə görüşlərdə, zəruri hallarda, iştirak etmək və müvafiq təşkilati və sənədləşmə işlərində dəstək göstərmək
- Layihə rəhbərliyinin verdiyi digər müvafiq tapşırıqları vaxtında yerinə yetirmək.
4. SMM MÜTƏXƏSSİSİ
Layihə rəhbərinin ümumi rəhbərliyi altında Layihə menecerinin, Layihə əlaqələndiricisinin və Kontent menecerinin təlimatlarına uyğun olaraq layihənin əsas veb məhsulu olacaq “Kreativ Lənkəran” platforması və onun sosial media hesabları, eləcə də layihənin digər fəaliyyətlərinə dair sosial media marketinqi üzrə gündəlik SMM işini həyata keçirəcək və layihə komandasına və kontent meneceri ilə birgə layihə fəaliyyətlərinin icra olunmasında gündəlik olaraq işləyəcək.
Lənkəran Mədəni İnkişaf Strategiyası layihəsinin nəticələrinə nail olunmasına sosial media marketinqi kontekstində vacib məlumatları və dəstəyi verərək müvafiq dəstəyi təmin edəcək SMM mütəxəssisinin yerli sakin olmasına üstünlük veriləcək. Həmçinin, o, layihə fəaliyyətlərinin, tədbirlərin təşkili və həyata keçirilməsində, zəruri sənədlərin və dövri hesabatların hazırlanmasında, o cümlədən layihə hesabatlarının ilkin variantlarının hazırlanmasında iştirak edəcək.
Müddət: ilkin 1 aylıq sınaq müddəti ilə, layihənin sonuna qədər (31 avqust 2024).
İş yeri: Lənkəran şəhəri.
İşə başlamaq üçün gözlənilən tarix: 1 aprel 2023.
Namizədlər layihə üzrə tam ştat işləməyə və layihənin ən yaxşı şəkildə icra edilməsi üçün əlindən gələnləri etməyə hazır olmalıdırlar.
Tələblər:
- Danışıq və yazılı İngilis dili (B1 və ya B2 səviyyəsi) və Azərbaycan dili – ana dilini mükəmməl bilmək
- Marketinq, jurnalistika, linqvistika, sosial elmlər və ya digər müvafiq sahələrdən biri üzrə ali təhsil
- Reklam, PR və sosial media marketinqi işi sahəsində təcrübə
- Poster və yayım təsvirlərinin hazırlanması üçün qrafik dizayn bacarıqları
- Rəqəmsal marketinq və SEO üzrə mükəmməl bacarıqlar
- Effektiv iş əlaqələri qurmaq və saxlamaq bacarığı
- Kompüter və ofis proqram paketlərindən təkmil istifadə (MS Word, Excel, Power point, MS Teams, Skype və s.)
- Təzyiq altında sərbəst işləmək və prioritetləşdirməyi bacarmaq.
Əlavə tələblər, üstünlük kimi:
- Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr də daxil olmaqla, layihələrin idarə edilməsində əvvəlki iş təcrübəsi
- Tədbirlərin təşkili və idarə edilməsi xidmətlərində əvvəlki iş təcrübəsi
- Regional layihələrdə əvvəlki iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Kontent meneceri ilə birgə layihənin əsas veb məhsulu – “Kreativ Lənkəran” platforması üçün sosial media hesabların açılması və onlar üzərindən bütün layihə fəaliyyətləri daxil olmaqla platformanın sosial media marketinqi fəaliyyətlərinin planlaşdırılması, təqvimə uyğun paylaşımların icrasını və onların dövri hesabatlılığını təmin etmək
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və sorğuları cavablandırmaq
- Sosial şəbəkələrdə yaradıcı insanlar üçün müxtəlif maraqlı aksiyalar, rubrikalar və viktorinaları yaratmaq və idarə etmək
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək ideyaları təklif etmək
- Platforma çərçivəsində yerli yaradıcı mühitin canlı saxlanılması məqsədilə müxtəlif tədbirlər, müsabiqələr, görüşləri təşkil etmək, bu istiqamətdə təkliflər vermək
- Layihənin gedişatı və xərclərlə ilə bağlı dövri hesabatların ilkin versiyalarının hazırlanmasında iştirak etmək və müvafiq məlumatları hazırlayıb təqdim etmək
- Layihə fəaliyyətləri və tədbirlərinin (festivallar, təlimlər, səfərlər, müsabiqələr, məzmun yaradıcılığı və s.) icrasında layihə komandasına zəruri dəstəyi göstərmək
- Layihə tərəfdaşları ilə görüşlərdə, zəruri hallarda, iştirak etmək və müvafiq təşkilati və sənədləşmə işlərində dəstək göstərmək
- Layihə rəhbərliyinin verdiyi digər müvafiq tapşırıqları vaxtında yerinə yetirmək.
5. LAYİHƏ ASSİSTENTİ (MALİYYƏ-MÜHASİBATLIQ, İNZİBATİ-TEXNİKİ DƏSTƏK)
Layihə rəhbərinin ümumi rəhbərliyi altında Layihə meneceri və əlaqələndiricisinin təlimatlarına uyğun olaraq layihə komandasının işinə yerdə inzibati-texniki dəstək göstərək, həmçinin layihənin maliyyə-mühasibatlıq fəaliyyətlərini həyata keçirmək məqsədilə gündəlik olaraq işləyəcək.
Lənkəran Mədəni İnkişaf Strategiyası layihəsinin nəticələrinə nail olunmasına inzibati-texniki, maliyyə-mühasibatlıq dəstəyini təmin edəcək layihə assistentinin yerli sakin olmasına üstünlük veriləcək. Həmçinin, o, layihə fəaliyyətlərinin, tədbirlərin təşkili və həyata keçirilməsində, zəruri sənədlərin və dövri hesabatların hazırlanmasında, o cümlədən layihə hesabatlarının ilkin variantlarının hazırlanmasında iştirak edəcək.
Müddət: ilkin 1 aylıq sınaq müddəti ilə, layihənin sonuna qədər (31 oktyabr 2024-cü il)
İş yeri: Lənkəran şəhəri.
İşə başlamaq üçün gözlənilən tarix: 1 aprel 2023.
Namizədlər layihə üzrə tam ştat işləməyə və layihənin ən yaxşı şəkildə icra edilməsi üçün əlindən gələnləri etməyə hazır olmalıdırlar.
Tələblər:
- Danışıq və yazılı İngilis dili (B1 və ya B2 səviyyəsi) və Azərbaycan dili – ana dilini mükəmməl bilmək
- Biznesin idarə edilməsi, maliyyə, vergi, iqtisadiyyat sahələrindən biri üzrə ali təhsil
- Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr də daxil olmaqla, layihələrin idarə edilməsində əvvəlki müvafiq iş təcrübəsi
- Yaxşı maliyyə-mühasibatlıq, hesabatlılıq bacarıqları
- Effektiv iş əlaqələri qurmaq və saxlamaq bacarığı
- Kompüter və ofis proqram paketlərindən təkmil istifadə (Excel, 1C əməliyyat sistemi və s.)
- Təzyiq altında sərbəst işləmək və prioritetləşdirməyi bacarmaq.
Əlavə tələblər, üstünlük kimi:
- Layihə idarəetməsində əvvəlki müvafiq iş təcrübəsi
- Regional layihələrdə əvvəlki müvafiq iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Layihə donoru, icraçı tərəfdaş təşkilatların təşkil etdiyi maliyyə idarəetməsi və hesabatlılıq sessiyalarında iştirak etmək, zəruri təlimatları və hesabat formalarını əldə etmək
- Təsdiq edilmiş büdcəyə əsasən layihə xərclərinin icrası üzrə müvafiq fəaliyyətləri, sənədləşmə işlərini aparmaq, dövri hesabatları hazırlayıb təqdim etmək
- Layihənin maliyyə hesabatlarının hazırlanması və donora təqdim edilməsi
- Layihə sənədləri, hesabatlarının tərtib edilməsinə iştirak etmək, müvafiq məlumatları təqdim etmək
- Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsini təmin etmək
- Layihə fəaliyyətləri və tədbirlərinin (festivallar, təlimlər, səfərlər, müsabiqələr, məzmun yaradıcılığı və s.) icrasında zəruri inzibati-texniki dəstəyi təmin etmək
- Layihənin əsas büdcə mühasibat qeydlərinin (layihə jurnalı, xərclər cədvəli, maliyyə hesabatlarının) aparılması və uyğunlaşdırılması, maliyyə sənədlərinin arxivləşdirilməsini (qaimə-fakturalar və s.) təmin etmək
- Zəruri satınalma proseslərinin aparılmasına müvafiq dəstəyin göstərilməsi
- Layihə rəhbərliyinin verdiyi digər müvafiq tapşırıqları vaxtında yerinə yetirmək.
MÜRACİƏT
Maraqlı namizədlərdən 27 mart 2023-cü il, Bakı vaxtı ilə saat 14:00-a qədər 1) CV sənədini 2) motivasiya məktubu ilə birgə acif@creative.az ünvanına göndərmələri tələb olunur. Məktubun mövzu yerində müraciət olunan pozisiyanın adı qeyd edilməlidir. Məs: Layihə əlaqələndiricisi
Yalnız ilkin seçimdən keçən namizədlərlə müsahibə üçün əlaqə saxlanacaq.
Əlaqə üçün:
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə Almaniyanın Höte İnstitutu, Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və Fransız İnstitutu tərəfindən birgə icra olunan EU4Culture layihəsi çərçivəsində həyata keçirilir.”