Oyunlar və Yaradıcı texnologiyalar
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
Kompüter oyunları texnologiyanın əyləncə sahəsindəki ən məşhur tətbiq sahələrindən biri olaraq adlandırıla bilər. Kompüter texnologiyası təkmilləşdikcə daha yaxşı oyunlar istifadəyə verilmiş, bu oyunların ehtiyaclarını qarşılamaq üçün yüksək səviyyədə kompüter texnologiyası işlənib hazırlanmışdır. İlk kompüter oyununun 1962-ci ildə PDP-1 sistemi üzərində çalışmaq üzrə Stefen Rassell və dostları tərəfindən təkmilləşdirilən Spacewar! olduğu qəbul edilməkdədir.
Oyun konsolunuzda bir oyun oynamaq üçün divanda oturanda özünüzü zəhmli şeylərlə dolu bir virtual aləmdə batırıldığınızı görürsən. Bu aləmdə sən xüsusi təyinatlı döyüşçü, nəhəng hərbi robot, orta əsr cəngavəri və ya sikkələr toplamaq və göbələkləri yemək üçün ora-bura hoppanan bir İtalyan qaynaqçı (Super Mario) ola bilərsən. Bəs oyun sənayesinin nə qədər dəyər kəsb etdiyini heç düşünmüsünüzmü?
Ernst & Young, UNESKO və Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) təşkilatlarının 2015-ci ildə birgə hazırladığı Qlobal hesabatda Yaradıcı və Mədəniyyət Sənayeləri arasında onlayn və mobil oyunlar sənayesindən dünya üzrə daxil olan gəlirin məbləği 33.8 milyard ABŞ dolları olduğu qeyd edilmişdir.
Oyun sənayesində proqramçılar, oyun dizaynerləri, səviyyə (level) dizaynerləri, prodüserlər, rəssamlar və oyunların sınaq mütəxəssisləri fəaliyyət göstərir. Bu mütəxəssislərin əksəriyyəti video oyun yaradıcıları və ya video oyun yayımçıları tərəfindən işə götürülür. Bununla belə, bir çox oyun azarkeşləri kompüter oyunları istehsal edir və onları ticari olaraq satırlar.
Oyun konsollarının çoxalması, ehtimal ki, indiki konsol nəslinin inkişaf mərhələsində olmasıdır. Android və IOS sistem tablet oyunları və eləcə də “Xbox” və “Play Station”-oyun konsolları artıq demək olar ki, hər kəs üçün əlçatan olmuşdur. Bu konsollar üçün oyunlar yaratmağın əsl zamanıdır.
Əgər siz reklam, rəqəmsal media və ya təsviri sənət sahəsində fəaliyyət göstərirsinizsə, çox güman ki, "yaradıcı texnologiya" termini ilə artıq rastlaşmısınız. Bəs yaradıcı texnologiya özü nədir? Onun sizə, art direktor, proqram təminatçısı və ya istehlakçıya nə aidiyyəti var? Texnologiya kreativ ola bilərmi və ya yaradıcılıq texnoloji ola bilərmi?
Yaradıcı texnologiya incəsənət, rəqəmsal məhsulların dizaynı, rəqəmsal media və ya reklam, həmçinin kompüter proqramlarına dayanan, elektron məlumatlara əsaslanan sistemlərlə idarə olunan mediya sahələrini bir araya gətirən bir sənaye sahəsidir. Yaradıcı texnologiyalara kompüter qrafikası, video istehsalı, rəqəmsal kinematoqrafiya, virtual reallıq, canlandırılmış reallıq, video montaj, proqram mühəndisliyi, 3D çap, İnternet, Kompüter əsaslı dizayn (CAD) / Kompüter əsaslı istehsal (CAM) və geyinilə bilən texnologiyalardan istifadə etməklə hazırlanan multi sensor təcrübələri şəklində kreativ nümunələri də aid etmək olar.
On il əvvəl "interaktiv" olaraq başlayan rəqəmsal media o zamandan başlayaraq bu günə qədər təcrübi marketinqə qədər inkişaf etmişdir. 2011-ci ildə, qabaqcıl brendlər və marketoloqlar öz potensial müştərilərini heyrətləndirmək üçün əhatəli göstərilər yaratmağa başladılar. İnteraktiv reklamlardan və yeni internet mediya alətlərindən istifadə edərək böyüyən uzaqgörən məzmun yaradıcıları insanları heyrətləndirəcək möhtəşəm sərgilərin təşkili üçün vizual texnologiyalardan istifadə etməyə can atırdılar.
Bu erkən fəaliyyətlərin misilsiz nümunələrinə Obscura Digital yaradıcılıq studiyasının Sidney Opera Evi üçün təşkil etdiyi vizual dizayn və proyeksiya və Radugadesign şirkətinin Audinin A1 modeli üçün proyeksiya layihələri daxildir.
2015-ci ildə yaradıcı texnologiya termini reklam cəmiyyətlərində populyarlaşdı. Bu zaman ortaya çıxan texnologiyalar (hərəkət sensorları, virtual reallıq qulaqcıqları, mayaklar, ağıllı texnologiyalar və s.) şirkətlərin öz auditoriyaları ilə əlaqə yaratması üçün yeni imkanlar yaratdı. Əhatəli və çox-ölçülü məzmun hələ də canlı olaraq qalır, baxmayaraq ki, məzmun yaradıcıları kənar auditoriyalarla birbaşa əlaqə qurmaq üçün lazım olan daha ağıllı alətlərə və əməliyyat gücünə malikdirlər.