Bu gün Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Moskva Kreativ Sənayelər Agentliyi arasında görüş keçirilmişdir və görüşdə Agentliyin baş direktoru Gülnara Aqamova, direktor müavini Anastasiya Orlova və əməkdaşları iştirak etmişdir.
Görüşdə Federasiyanın fəaliyyətləri haqqında məlumat verilmişdir və yaradıcı sənayelərin inkişafı ilə əlaqədar ölkələrin təcrübələri, inkişaf prosesləri, aktual layihələr və proqramlar haqqında müzakirə aparılmışdır, eləcə də qeyd olunan sferada əməkdaşlıq potensialı olan sahələr üzrə birgə iş birliyi, bilik və təcrübələrin bölüşülməsinə dair fikir mübadiləsi həyata keçirilmişdir.