Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Şərq Tərəfdaşlığı ölkələrinin: Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukraynanın qeyri-paytaxt şəhərlərində mədəni və çarpaz innovasiya layihələrini dəstəkləmək məqsədilə müsabiqə elan edib. Müsabiqə “EU4Culture Şəhərlər Şəbəkəsi” çərçivəsində mədəniyyətlərarası əməkdaşlığı və dialoqu təşviq etmək üçün nəzərdə tutulub.
Müsabiqə müvafiq ölkələrdə mədəniyyət və yaradıcı sektorları təmsil edən qeyri-kommersiya təşkilatları üçün açıqdır. Təkliflər müvafiq ölkələrdən fərdi və ya iki-beş tərəfdaşla birlikdə konsorsiumda təqdim edilə bilər. Müsabiqəyə müraciət edən aparıcı ərizəçi “EU4Culture Şəhərlər Şəbəkəsi” şəhərlərindən birində fəaliyyət göstərməlidir, ikinci dərəcəli ərizəçilər isə şəbəkədən kənar digər şəhərlərdən də ola bilərlər.
Müsabiqə iki növ layihəni dəstəkləyir:
Layihələr EU4Culture şəhərlərinin mədəniyyət strategiyaları ilə əlaqələndirilməli və hədəf auditoriyaları inkişaf etdirmək, mədəniyyətdə ictimai iştirakın artırılması, mədəniyyət və yaradıcılıq sektorlarını peşəkarlaşdırmaq məqsədi daşıyır.
Müsabiqə 2023-cü ilin oktyabrından 2024-cü ilin iyuluna qədər həyata keçirilən 10 aya qədər müddəti olan layihələri dəstəkləyir. Hər layihə üçün tələb olunan maksimum qrant 25.000 avro ola bilər ki, bu da icra müddətindən və layihənin coğrafi ərazisindən asılı olaraq dəyişə bilər.
Müraciət etmək üçün maraqlı ərizəçilər Goethe Ərizəçi Portalında (GAP) ərizə formasını doldurmalı və tələb olunan təsdiqedici sənədlərlə birlikdə müraciətlərini təqdim etməlidirlər. Son təqdimetmə tarixi: 25 iyul 2023-cü il, saat 18:00-dır (Mərkəzi Avropa vaxtı ilə).
“EU4Culture Şəhərlər Şəbəkəsi” Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün Aİ maliyyəsini almış seçilmiş şəhərlərdə mədəniyyət və yaradıcı sektorlarda əməkdaşlığın qurulması məqsədi daşıyan EU4Culture layihəsi çərçivəsində yaradılmış platformadır. Bu şəhərlərə daxildir; Azərbaycanda Xırdalan, Lənkəran və Şəki; Gürcüstanda Kutaisi, Poti və Zuqdidi; Moldova Respublikasında Cahul və Orhei; və Ukraynada Odessa, Rivne və Vinnitsa.
EU4Culture layihəsi Goethe-Institutu (Aparıcı), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu, Institut Français de Géorgie tərəfindən həyata keçirilir.
Təkliflər üçün çağırış haqqında daha ətraflı məlumat üçün, maraqlı ərizəçilər Müraciət Qaydalarına müraciət edə və iyunun 9-da keçiriləcək məlumat sessiyasında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Müraciət prosesi ilə bağlı hər hansı sualınız varsa, EU4Culture@goethe.de ünvanında EU4Culture layihəsi ilə əlaqə saxlayın.