Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Almaniyanın Höte İnstitutu ilə tərəfdaşlıqda Azərbaycan Yaradıcı Sənayelər Federasiyası tərəfindən icra olunan “Lənkəran Mədəni İnkişaf Strategiyası” layihəsi çərçivəsində layihənin əsas veb məhsulu olacaq “Yaradıcı Lənkəran” platforması üçün vebsaytın dizaynı, domen, illik hostinq və texniki dəstək xidmət təminatı üzrə xidmət göstərənlər (veb mütəxəssislər, şirkətlər və s.) üçün elan verilir.
17 aylıq gözlənilən aktiv layihə müddətində (aprel 2023 – avqust 2024) layihə çərçivəsində “Lənkəran Mədəni İnkişaf Strategiyası” layihəsinin əsas veb məhsulu olacaq “Yaradıcı Lənkəran” platforması üçün müvafiq vebsaytın dizaynı, domen, illik hostinq və texniki dəstək xidmət təminatının təşkil edilməsi nəzərdə tutulur.
Qeyd olunan vebsayt Lənkəranda bütün mədəni fəaliyyətlər və inkişaf prosesləri üçün platforma kimi özünün aktiv sosial media hesabları ilə kreativ müasir portal kimi şəhərin və regionun bir tanıtım aləti olacaq. Həmçinin, burada Lənkəranın mədəni həyatına dair xəbərlər, tədbirlər, məqalələr, yeniliklər, mədəni və yaradıcı sənayelərin inkişafı haqqında hadisələr və YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi (UCCN) ilə bağlı fəaliyyətlər haqqında məlumatlar mütəmadi olaraq yenilənəcək, yerli yaradıcı məhsul və xidmətlərin təbliği və satışı imkanı yaradılacaqdır. Lənkəranın yaradıcı sektor təmsilçiləri haqqında məlumatlar, motivasiya məqalələri, məsləhətləri, uğur hekayələri yeni başlayanlar üçün müntəzəm məzmunun bir parçası olacaq. Qurulan saytın dövri texniki dəstək xidməti platforma üzrə çalışacaq layihə əməkdaşlarının, platforma üzvlərinin təklifləri əsasında təşkil ediləcək.
Veb sayta dair ümumi tələblər:
- veb səhifənin Azərbaycan dilində qurulması
- veb saytı hazırlayarkən, texniki tərəfin SEO tələblərinə uyğun qurulması, eyni zamanda sifarişçi tərəfindən təqdim olunmuş ilkin məzmunun yeni veb səhifəyə əlavə edlməsindən öncə SEO tələblərinə uğunlaşdırılması;
- sifarişçi tərəfindən təqdim olunmuş ilkin məzmunu veb sayta yerləşdirilməsi və media fayllarının optimizasiyanın həyata keçirilməsi;
- online satış bölməsini və onun funksionallığını təmin etmək.
Veb saytın “frontend”-inin qurulması:
- sifarişçi tərəfindən təqdim olunan brifə uyğun olaraq strukturun, dizayn konseptlərinin hazırlanması və saytın vizual sxeminin yaradılması;
- istifadəçi təcrübəsi sınaqları keçirilərək dizaynda yaranacaq ilkin problemlərin aşkarlanması və aradan qaldırılması;
- hazırlanmış dizayn konseptlərinə və struktura əsasən frontend hissəsinin (mobil adaptiv mobil cihazların ekranlarına uyğunlaşdırılmış frontend) hazırlanması;
- məhsul və xidmətlər üzrə bölmələri və onların yer aldığı səhifənin yaradılması.
Veb saytın “backend”-inin yenidən qurulması:
- “backend” PHP >= 7.4 proqramlaşdırma dilindən istifadə olunaraq hazırlanması;
- verilənlər bazası versiyasının MySql >= 7.4 istifadə olunaraq hazırlanması;
- veb saytın təhlükəsizliyinin təmin olunması;
- veb saytın daxili Backup sisteminin yaradılması və tətbiq olunması;
Admin panelə dair tələblər:
- məzmunun idarəolunması imkanlarının yaradılması;
- istifadəçilərin avtorizasiya imkanlarının yaradılması;
- təhlükəsizlik və istifadəçi rolları;
- istifadəçilərin redaktə olunması;
- məhsul və xidmətlər üzrə bölmələrin əlavə edilməsi, dəyişdirilməsi və silinməsi.
Texniki dəstək:
- veb saytın işlənməsinin monitorinqinin həyata keçirilməsi;
- yaranan səhvlərin və texniki nasazlıqların aradan qaldırılması;
- veb sayta monitorinq sisteminin quraşdırılması və “log”-lara nəzarətin həyata keçirilməsi, yaranan problemləri vaxtı vaxtında aradan qaldırılması;
- veb saytının “backup”-larını “server level”, “code level” səviyyəsində təmin edilməsi (həftətə 1 dəfə), həmiçinin məlumat bazasının “backup”-ların tənzimlənməsı (həftədə 1 dəfə);
- zərərli proqram təminatlarının monitorinqi və aradan qaldırılması;
- domain, server, ssl, “third-party software”-lərin bitmə tarixlərinə nəzərət və vaxtı vaxtında reaksiya verilməsi;
- domain, server, ssl, “third-party software”-lərin təqdim etdiyi xidmətlərə problemlər yarandığı halda texniki dəstək xidmətləri ilə yazışmalaran aparılması, problemlərin aradan qaldırılması və hesabatlılığın təqdim edilməsi;
Təcrübə:
- Vebsaytların təşkili, texniki dəstək xidmətlərinin göstərilməsi üzrə azı 2 illik təcrübə
MÜRACİƏT
Maraqlı namizədlərdən 31 mart 2023-cü il, saat 14:00-a qədər acif@creative.az ünvanına aşağıdakı sənədləri tam şəkildə təqdim etmələri tələb olunur. Məktubun mövzu yerində “Yaradıcı Lənkəran” platforması üçün vebsaytın dizaynı, domen, illik hostinq və texniki dəstək xidmət təminatı qeyd edilməlidir.
- İddiaçı haqqında əsas titul məlumatları (Adı, VÖEN, Vebsayt, Sosial media səhifələri, Ünvanı, Əlaqə vasitələri və s.)
- İddiaçının Portfolio sənədi (hazırlanmış vebsaytlar və s.)
- Qeyd olunan xidmətlər üzrə qiymət təklifi
Əlaqə:
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
Telefon: +99451 2323 880
E-mail: info@acif.az
Veb: https://acif.az/
“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə Almaniyanın Höte İnstitutu, Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və Fransız İnstitutu tərəfindən birgə icra olunan EU4Culture layihəsi çərçivəsində həyata keçirilir.”