Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Almaniyanın Höte İnstitutu ilə tərəfdaşlıqda Azərbaycan Yaradıcı Sənayelər Federasiyası tərəfindən icra olunan “Lənkəran Mədəni İnkişaf Strategiyası” layihəsi çərçivəsində “Lənkəran Həftə Sonları Festivalları” proqramı üzrə tədbir təşkilatçılığı üzrə xidmət göstərənlər (yaradıcı şirkətlər və assosiasiyalar, birliklər və s. qruplar) üçün elan edilir:
Aktiv layihə müddətində (aprel 2023 – avqust 2024) layihə çərçivəsində 16 həftəsonu festivalının təşkil edilməsi nəzərdə tutulur.
“Lənkəran Həftə Sonları Festivalları” proqramı ayda bir dəfə bir həftə sonu reallaşan festivallar şəklində müxtəlif tədbirlərdən ibarət bütün il boyu davam edəcək proqram olacaq. Burada ideya, ayda bir dəfə həftə sonları şəhərdə maraqlı bir şeyin baş verdiyinə dair aydın marketinq mesajı verməkdir. Şəhərə gələn turistlərin əksəriyyəti həftə sonlarında daha çox olur, buna görə də proqram bunun üçün daha yaxşı və rəngarəng məzmun və xidmətlər təmin etmək məqsədini daşıyır.
“Lənkəran Həftə Sonları Festivalları” proqramı layihənin 7 əsas tematik istiqaməti (qastronomiya, sənətkarlıq, musiqi, film, teatr, mədəni irs və turizm), digər yardımçı istiqamətləri nəzərə alaraq çeşidli tematik təkliflər və proqramlar əsasında təşkil olunmaqla turistlərin diqqət mərkəzində olmaqla yanaşı, həmçinin Lənkəran şəhərində və rayonunda yaşayan yerli əhalinin ehtiyac və istəklərinə də eyni dərəcədə cavab verəcəkdir. Bu festivallarda yerli yaradıcı məhsul və xidmətlərin nümayişi ilə yanaşı onların təbliği, satışı (yarmarkalar) üçün də imkanlar yaradılacaq. Lənkəranın YUNESKO-nun Qastronomiya tematikası üzrə Yaradıcı Şəhəri statusunu nəzərə alaraq onun yerli zəngin mətbəx nümunələrini və ənənələrini təbliğ edən elementlərin festivalların proqramında nəzərə alınması mütləqdir. Ənənəvi sənətkarlıq nümunələri, yerli folklor ənənələri, mədəni irs abidələri, turizm potensialı və destinasiyaları, yaradıcı sənayeləri, yerli bitkiçilik və meyvəçilik ənələləri və s. kimi mövzular festivalların proqramlarında nəzərə alınmalıdır.
Lənkəran Həftə Sonları Festivallar proqramının hazırlanması və icrası
“Lənkəran Həftə Sonları Festivalları” proqramı ayda bir dəfə bir həftə sonu reallaşan şənbə, bazar günləri olmaqla 2 günlük festivallar şəklində müxtəlif tədbirlərdən ibarət bütün il boyu davam edəcək proqramdır. 16 festival layihənin sonuna, 31 avqust 2024-cü il tarixinə qədər qeyd olunan layihə çərçivəsində birbaşa maliyyələşdiriləcək.
“Lənkəran Həftə Sonları Festivalları” proqramına hazırlıq yerli layihə komandası ilə birlikdə Lənkəran Destinasiya Menecment Təşkilatı, Lənkəran Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumları və tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində aparılacaq. Yerin təşkili, icarə işləri, nəqliyyat, avadanlıqların quraşdırılması və sökülməsi, işçi heyəti, texniki dəstək və festivalların təhlükəsizliyi kimi fiziki məkana əsaslanan tədbirlər yerli qurumlar və müəssisələr tərəfindən təmin ediləcəkdir, MİS layihəsindən yalnız məzmun və tərtibat işlərində dəstək, dekorasiya, işıqlandırma, DJ musiqisi, tanıtım və təbliğat elementləri, yerli dəstək qrupu və könüllülər üçün qida və içkilər nəzərdə tutulur.
İl boyu keçiriləcək “Lənkəran Həftə Sonları Festivalları” proqramı Lənkəranın şəhəri və Lənkəran bölgəsinin əsas turizm aktivlərini tanıtmaq üçün yüksək marketinq imkanları yaratmalıdır. Həmçinin, Bakıdan və ölkənin digər yerlərindən həftəsonu ziyarətçilərin sayını artırmalıdır.
Tələblər:
Əlavə tələb, üstünlük kimi:
Göstərilən xidmətlər:
Qeyd: Hər bir festival tədbiri haqqında ayrı-ayrılıqda tədbirin audiovizual qeydləri (video, foto), xəbərlər, məqalələr və sosial media postlarının linkləri və s. dəlilləri əhatə edən təfsilatlı yazılı və maliyyə hesabatı təqdim edilməlidir.
MÜRACİƏT
Festivallar üzrə məzmun və tərtibat işlərinin icrası, dekorasiya, işıqlandırma, DJ Musiqi fonu, görünürlülük elementləri, yerli dəstək qrupu və könüllülər üçün yemək-içmək xidmətlərini əhatə etmək üçün iddiaçı şirkət/təşkilat/qrup aşağıda qeyd olunan müraciət sənədləri ilə birlikdə bir tədbir (həftə sonu – 2 günlük) üçün tələb olunan xərc maddələri üzrə təfsilatlı büdcə planı ilə qiymət təklifini təqdim etməlidir.
Maraqlı namizədlərdən 27 mart 2023-cü il, Bakı vaxtı ilə saat 14:00-a qədər acif@creative.az ünvanına aşağıdakı sənədləri tam şəkildə təqdim etmələri tələb olunur. Məktubun mövzu yerində Festivallar proqramı üzrə tədbir təşkilatçısı qeyd edilməlidir.
!!! Yalnız tam şəkildə müraciət sənədlərini təqdim edən və ilkin seçimdən keçən namizədlərlə müsahibə üçün əlaqə saxlanacaq.
Əlaqə üçün:
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə Almaniyanın Höte İnstitutu, Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və Fransız İnstitutu tərəfindən birgə icra olunan EU4Culture layihəsi çərçivəsində həyata keçirilir.”