British Council təşkilatının dəstəyi ilə Böyük Britaniyanın Gail Consulting şirkəti Azərbaycan Yaradıcı Sənayelər Federasiyasına dəstək olaraq korporativ sahəvi strategiyanın hazırlanması üçün Federasiya ilə aktiv birgə fəaliyyətləri həyata keçirir.
Bu məqsədlə, bu gün Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvləri ilə Britaniyalı ekspertlər Qeyl Keyq, Con Nyubiqin və Con Zeff arasında onlayn görüşü baş tutmuşdur. Görüşdə Federasiyaya üzv olan bir sıra özəl sektor nümayəndələri və assosiasiyaların rəhbərləri ilə Federasiyanın strateji fəaliyyət istiqamətləri və perspektiv planlar müzakirə edilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Görüşdə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbərliyi ilə birgə Marketinq Peşəkarları Assosiasiyası, Azərbaycan Dizaynerlərinin Assosiasiyası, Moda Dizaynerləri Assosiasiyası, Arts Council təşkilatı, Hadigro şirkəti, Safaroff Agentliyi, Endorphin Agentliyinin rəhbərləri iştirak etmişdir.