2 mart tarixində Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə ilə Bakıdakı Türkiyə Cümhuriyyəti Yunus Emre İnstitutunun rəhbəri Selcuk Karakılıç arasında görüş keçirilmişdir.
Görüşdə iki qardaş ölkə arasında yaradıcı sənayelər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıldı. Federasiyasının İH-nin sədri Vasif Eyvazzadə ölkəmizdə yaradıcı sənayelər sahəsinin geniş imkanlara sahib olduğunu və bununla bağlı qardaş ölkə olan Türkiyə ilə də əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdi. Selçuk Karakılıç isə mədəniyyət və yaradıcı sənayelərin Türkiyə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etdiyini, habelə iki ölkə arasında qarşılıqlı tərəfdaşlıq və tanınma layihələrinin genişləndirilməsinin zəruri olduğunu diqqətə çatdırdı. Görüş zamanı Türkiyə-Azərbaycan Yaradıcı Sənayelər Forumunun, sahənin müxtəlif sektorları üzrə təlim proqramının, xüsusi tədqiqat layihəsinin həyata keçirilməsi və bu istiqamətdə yeniliklərin qarşılıqlı mübadiləsinin aparılması razılaşdırıldı.