Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycanın ənənəvi sənətkarlıq növü olan xalçaçılıq sənətinin hazırki vəziyyəti, xalça sənəti biznesinin inkişafı yolunda həlli vacib məsələlər, eləcə də bu istiqamətdə təhsil, təlim məsələləri müzakirə edilmişdir. Görüşdə həmçinin Federasiya ilə “Azərxalça” ASC arasında Azərbaycanın ənənəvi sənətlərinin inkişafı istiqamətində birgə əməkdaşlığa dair razılıq əldə edilmişdir.