13 may tarixində, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası nəşriyyatlarla görüş keçirmişdir.
Görüşdə kitab sənayesi sahəsində aktual məsələlər sahəvi bazar iştirakçıları və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının üzvləri ilə müzakirə edillmişdir. Görüşdə həmçinin kağız idxalı və satışının ƏDV-dən azad edilməsi məsələsi də müzakirə edilmişdir.
Görüş iştirakçıları:
KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin məhsulların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi məsələsi ilə bağlı müvafiq siyahının təsdiqində gecikmə səbəbilə yaranmış narahatlıq səbəbilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası müvafiq qurumlarla (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şura, Dövlət Vergi Xidməti, KOBİA yanında İctimai Şura) aktiv vasitəçilik səyləri və danışıqlar apararaq, prosesin sürətlənməsinə nail olmuşdur və nəticə etibarilə 13 may tarixində Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərar vermişdir – https://nk.gov.az/az/document/6120/
Qaldırılan məsələlər: