Görüşdə Azərbaycanda nəşriyyat sənayesi sahəsində mövcud imkanlar və çətinliklər, sahənin inkişafı ilə əlaqədar sahəvi məsələlər müzakirə edildi. Federasiyanın sədri Vasif Eyvazzadə Federasiyanın missiyası və fəaliyyətləri barədə məlumat vermişdir və nəşriyyat sahəsində həlli vacib məsələlərin həllində Azərbaycan Nəşriyyatlar Assosiasiyası ilə birgə əməkdaşlığın Federasiya çərçivəsində məqsədəuyğunluğunu qeyd etmişdir.
Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri Şəmil Sadiq təşkilatın yeni təsis edildiyini qeyd etmiş və fəaliyyət sferasına aid məsələlərdən bəhs etmişdir. Nəşriyyatların ümumölkə kontekstində xarakterik çətinliklərinin həllində dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi və bu istiqamətdə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə əməkdaşlığın fayda gətirəcəyini bildirmişdir.
Görüşdə nəşriyyat sahəsində aktual məsələlərin çevik və operativ həlli yollarının tapılması məqsədilə aidiyyəti qurumların iştirakı ilə sahəvi məsləhətləşmə və görüşün keçirilməsi qərara alındı.