Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ötən həftə mühüm beynəlxalq tədbirlərdə iştirak etmişdir. Belə ki, Federasiyanın İdarə heyətinin sədri Vasif Eyvazzadə BMT-nin Dünya Turizm Təşkilatının Yaponiyanın Nara şəhərində keçirilmiş Forumunda iştirak etmişdir. Səfər çərçivəsində Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə, həmçinin Yaponiyada nüfuzlu Goi Sülh Fondunun prezidenti Hiroo Saionji ilə görüş keçirilmiş, müzakirələr aparılmışdır.
Həmçinin, Federasiyanın İdarə heyətinin sədr müavini Telman Məlikzadə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Tatarıstan Gənclər Nazirliyinin dəvəti ilə Kazan – Gənclər paytaxtı 2022-nin son tədbiri, İƏT-nın Gənclər Kampusunda spiker kimi iştirak etmişdir. Çıxış zamanı dayanıqlı şəhər inkişafı üçün yaradıcı şəhərlər, hablar, zonaların təşkili, yaradıcı sənayelərin yeni transformasiya mühitində artan rolu mövzusunda mövcud təcrübələrdən bəhs edilmişdir.