Azərbaycan xalçaçılıq məktəblərinin müxtəlif nümunələrindən istənilən zövqə və büdcəyə uyğun gözəl xalça seçimi üçün onlayn mağaza fəaliyyətə başlamışdır.
Ənənəvi üslubdan müasir üsluba qədər müxtəlif dizaynlarda Azərbaycan xalça sənətinin nümunələri arasında Azərbaycanın Gəncə, Qazax, Quba, Qarabağ, Naxçıvan və Şirvan xalçaçılıq məktəblərinin naxışları əks olunur. Azərbaycan əl toxuma sənətinin gözəlliyi və sənətkarlığını təqdim etmək və Azərbaycanda kənd toxucularının dəstəklənməsinə töhfə vermək üçün həmin şedevrlər bir onlayn platformada təqdim olunur.
https://azcarpetshop.com/ onlayn mağazasında gözəl bir xalçanın istənilən otağı isti və cəlbedici məkana çevirə biləcəyinə inanaraq alıcılara ən yaxşı xalça seçimləri ən sərfəli qiymətlərlə təqdim edilir.
Bu vebsayt “Azərxalça” ASC tərəfindən ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və USAİD-in maliyyələşdirdiyi Özəl Sektorun Fəaliyyəti layihəsinin əməkdaşlığı ilə Azərbaycan xalçaçılarının qlobal bazara çıxışına kömək etmək məqsədilə hazırlanmışdır.