Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovla görüş keçirmişdir. Görüşdə ölkəmizdə yaradıcı sənayelər sahəsində sahibkarlığın dəstəklənməsi ilə bağlı maraqlı fikir mübadiləsi aparılmış və perspektiv əməkdaşlıq imkanları müzakirə edilmişdir. Həmçinin, daimi komissiyalar sırasında yaradıcı sənayelərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də ayrıca komissiya formasında yer alması məsələsi müzakirə edildi və bu istiqamətdə də birgə əməkdaşlıq barədə razılığa gəlindi.
Görüşün nəticəsi olaraq, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının Azərbaycan Sahibkarlar Konfederasiyasına üzvlüyü məsələsi və eləcə də ASK-nın tərkibində daimi komissiyalar sırasında yaradıcı sənayelərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də ayrıca komissiya kimi yer alması məsələsi müzakirə edildi və bu istiqamətdə də birgə əməkdaşlıq barədə razılıq əldə edildi. Üzvlük üçün Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının müvafiq ərizə forması hazırlanıb təqdim ediləcəkdir.