Azərbaycan Animasiya Assosiasiyası Azərbaycan Yaradıcı Sənayelər Federasiyasına üzv olmuşdur.
Bununla bağlı keçirilmiş görüşdə Assosiasiyanın sədri Rəşid Ağaməliyev ilə Azərbaycanda milli animasiyanın inkişafına dair aktual məsələlər müzakirə edilmiş və konkret layihələr üzərindən birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. Ölkəmizdə xüsusilə uşaqların milli-mədəni ruhda və tərbiyədə böyüməsi üçün çox ciddi məsələlərdən biri milli animasiya filmlərinin istehsalı üçün ekosistemin formalaşdırılması olduğunu nəzərə alınaraq bu sahədə həlli vacib məsələlərdən danışıldı.