“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə mayın 21-də keçirilən “Atma yarat sat” layihəsi əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib. Federasiya olaraq tərəfdaş olmağımız da bizim üçün böyük şərəf oldu. Sərgi-yarmarkada qazilərimizin və digər iştirakçıların öz əl işlərini məhz bu gün BMT-nin Mədəni Özünüifadə Müxtəlifliyi Günündə təqdim etməsi də əlamətdar günü daha da yaddaqalan etdi. Özünüifadə müxtəlifliyi o deməkdir ki, insanlar öz yaradıcılıq potensiallarını, qabiliyyət və bacarıqlarını hər hansı bir formada dəyər və məhsula çevirib cəmiyyətə təqdim edə bilirlər.