Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və “ABAD” publik hüquqi şəxsin rəhbərliyi arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycanda əl sənətkarlığı sahəsində aktual və həlli vacib olan sahəvi inkişafla əlaqəli məsələlər müzakirə edilmişdir. Federasiyasının İH-nin sədri Vasif Eyvazzadə ölkəmizdə “ABAD”-ın ailə biznesinin inkişafında nümunəvi brend olduğunu qeyd edərək əl sənətkarlığı sahəsinin geniş potensiala malik olduğunu və bununla bağlı sahəvi məsələlərin daha effektiv koordinasiyası üçün “ABAD” publik hüquqi şəxsin köməkliyi ilə bu sahədə fəaliyyət göstərən bütün bazar iştirakçıları, fərdi sahibkarlar və ailə bizneslərinin əlaqələndirilməsinin məqsədəuyğunluğunu bildirmişdir.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bu sahədə həlli vacib məsələləri qeyd edərək Federasiya ilə əməkdaşlıq şəraitində bu sahədə bazar iştirakçıları üçün daha münbit şəraitin formalaşması və satışların daha rahat şəkildə həyata keçirilməsi istiqamətində səmərəli nəticələrin əldə oluna biləcəyinə əminliyini bildirmişdir. Görüş zamanı “ABAD” publik hüquqi şəxsin Federasiyaya üzvlüyü məsələsi, konkret tematik məsələlər üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi razılaşdırıldı.