Missiya

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası

Federasiyanın əsas məqsədi Azərbaycanda yaradıcı sənayelərin inkişafına kömək etməkdir. Bu məqsədə nail olmaq üçün Federasiya müvafiq dövlət tərəfdaşları, eləcə də özəl sektor nümayəndələri olan şirkətlər və fərdi sahibkarlarla, həmçinin yaradıcı sektorun assosiasiyaları və ictimai birlikləri ilə yaradıcı sənayelərdə sahəvi inkişaf məsələlərinə dair aktiv birgə fəaliyyətlərə start vermişdir.

Federasiyanın əsas fəaliyyət istiqamətləri:

  • Azərbaycanda yaradıcı sənayelərin inkişafına, yaradıcılıq və mədəniyyət iqtisadiyyatının formalaşmasına dəstək vermək,
  • Yaradıcılıq və mədəniyyət sahəsində dövlət-özəl, hökumət və qeyri-hökumət təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsinə yardım etmək,
  • Cəmiyyətdə yaradıcı düşüncənin, yaradıcılıqda biznesin və biznesdə yaradıcılığın inkişafı üçün layihələlərin həyata keçirilməsi,
  • Beynəlxalq səviyyədə yaradıcı sənayelər sahəsində təşəbbüslər vermək və mövcud təşəbbüslərdə fəal iştirak etmək.